q
  • Bakı 14° C

    1.29 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.2641

Zaxarova toyundan danışdı: "Dördümüz idik"

DÜNYA

06 May 2026 | 17:35

Zaxarova toyundan danışdı: Dördümüz idik

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova 2005-ci ildə ABŞ-nin Nyu-York şəhərində keçirilən toy mərasimi ilə bağlı xatirələrini bölüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RİA Novosti" diplomatın açıqlamasına istinadən məlumat yayıb.

"Səfərə yollanmağımdan bir ay əvvəl tanış olduq, ardınca isə mən xidməti ezamiyyətə getdim. Çalışdığım şöbəni pis vəziyyətdə qoya bilməzdim. Daha sonra konsulluğa yollanaraq nikah bağladıq, bir növ toy mərasimi idi. Otaqda cəmi dördümüz idik: vitse-konsul, biz ikimiz və Rusiya Prezidenti Vladimir Putinin portreti", - deyə XİN rəsmisi zarafatla qeyd edib.

Bununla yanaşı, Zaxarova ailə üzvlərinin yalnız Rusiya vətəndaşlığına sahib olduğunu vurğulayıb. Diplomatın sözlərinə görə, onların başqa ölkə vətəndaşlığı daşıması barədə saxta məlumatlar artıq altı ildən çoxdur ki, dövriyyədədir:

"Bütün rəsmi kanallar vasitəsilə dəfələrlə təkzib edilməsinə baxmayaraq, yenə də yayılmaqda davam edir".

Xatırladaq ki, mayın 4-də Mariya Zaxarova Dövlət Departamentinin rusiyalı diplomatlara qarşı yeni təzyiq vasitəsi kimi onların uşaqlarına məcburi qaydada ABŞ vətəndaşlığı verdiyini bəyan etmişdi.


SON XƏBƏRLƏR