• Bakı 22° C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.3076

İran ABŞ-nin esmineslərini vurdu

DÜNYA

05 Iyun 2026 | 15:57

İran ABŞ-nin esmineslərini vurdu

İran Oman dənizində ABŞ hərbi gəmilərinə xəbərdarlıq xarakterli raket və dron hücumu edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə İran ordusu bəyanat yayıb.

    Qeyd edilib ki, “Qədir” tipli raket və yeni növ dronlar xəbərdarlıq məqsədilə ABŞ-ın Oman dənizindəki “DDG-103” və “DDG-87” adlı esminesləri istiqamətində buraxılıb.

    Bildirilib ki, bundan sonra həmin esmineslər Hind okeanına doğru çəkilib.

    Bundan başqa, ABŞ-a məxsus helikopterdaşıyan amfibiya tipli “Tripoli” gəmisi də Oman dənizini tərk edib.

    İran ordusu ABŞ-ın “dəniz quldurluğuna” davam edəcəyi təqdirdə, gələcəkdə daha uzunmənzilli raketlərdən istifadə olunacağı ilə bağlı xəbərdarlıq edib.


    SON XƏBƏRLƏR