“Rusiyanın Kiyev yaxınlığındakı qida emalı zavoduna hücumu nəticəsində dörd nəfər ölüb”.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə Regional hərbi administrasiyanın rəhbəri Nikolay Kalaçnik bildirib. O qeyd edib ki, Kiyev yaxınlığındakı Brovarı şəhərində körpə süd məhsulları istehsal edən mülki qida şirkətinə Rusiyanın pilotsuz təyyarəsi hücumu edib:
“Dörd nəfər həlak olub, yeddi nəfər yaralanıb”.
Prokurorluq bildirib ki, dağıntılar altında digər qurbanlar da qala bilər.
Aydın
Bakı 




