q
  • Bakı 14° C

    7.7 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

Livanda ölənlərin sayı 294-ə çatdı - YENİLƏNİB 

DÜNYA

07 Mart 2026 | 20:11

Livanda ölənlərin sayı 294-ə çatdı - YENİLƏNİB 

Martın 2-dən bəri İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 294-ə çatıb.

Bakıvaxtı.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.

Qeyd olunub ki, İsrailin hücumları 1023 nəfərin yaralanmasına səbəb olub.

Təkcə İsrailin Livanın şərqində yerləşən Nəbi Şit qəsəbəsinə endirdiyi hava zərbələri nəticəsində azı 41 nəfər ölüb, 40 nəfər isə yaralanıb. Ölənlər arasında Livan ordusunun üç hərbçisi də var.

Daha əvvəl ölkənin səhiyyə naziri Nasir ad-Din "Al Mayadeen" televiziyasına verdiyi açıqlamada ölənlərin sayının 250-ni keçdiyini və 600-dən çox livanlının yaralandığını bildirmişdi.

***

16:37

İsrailin aviazərbələri nəticəsində Livanın şərqində ölənlərin sayı 41 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Səhiyyə Nazirliyinin açıqlamasında deyilir ki, Baalbek rayonunun Nabi Çit qəsəbəsinə İsrail tərəfindən həyata keçirilən bir sıra hücumlar nəticəsində 41 vətəndaş ölüb, 40 nəfər yaralanıb.


SON XƏBƏRLƏR

30 Aprel 2026