Türkiyə Azərbaycanın və Ermənistanın qalıcı sülhə nail olunması və regionda sabitliyin təmin edilməsi istiqamətində atdığı addımları müsbət qiymətləndirir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, atılan addımlar Cənubi Qafqazda sülh prosesinin artıq real nəticələr verməyə başladığını göstərir.
“Bu addımların qorunub saxlanılması və yekunda qalıcı sülh müqaviləsi ilə taclandırılması bizim ən böyük arzumuzdur”, – deyə Fidan vurğulayıb.
Bakı 




