• Bakı 20° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Tramp: Hazırkı İran liderləri daha ağıllıdır

DÜNYA

06 Aprel 2026 | 20:52 | Müəllif: Subhan Mahmudov

Tramp: Hazırkı İran liderləri daha ağıllıdır

ABŞ Prezidenti Donald Tramp İranın yeni rəhbərlərinin müharibə zamanı həlak olmuş əvvəlkilərə nisbətən daha az radikal olduqlarını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirilən Pasxa tədbirində bildirib.

ABŞ Prezidentinin sözlərinə görə, bu, onları daha praqmatik və danışıqlara açıq edir.

"Tam rejim dəyişikliyi baş verib. Hazırda İran adından danışıqlar aparan şəxslər qat-qat daha ağıllıdır", - Tramp deyib.

O həmçinin bildirib ki, müəyyən şərtlər daxilində, əgər İran rəhbərliyi lazımi addımlar atarsa, müharibə çox tez başa çata bilər.

Tramp, eyni zamanda, İranla saziş bağlamaq üçün özü tərəfindən çərşənbə axşamına təyin edilmiş dedlaynı xatırladıb.

O əlavə edib ki, İranın təklifi əhəmiyyətli olsa da, kifayət qədər yaxşı deyildi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026
10 Oktyabr 2026