“Krokus Siti Holl”dakı terror aktında təqsirləndirilən daha bir nəfər - Cəbrayıl Auşev intihara cəhd edib, lakin istintaq təcridxanasının əməkdaşları tərəfindən dərhal aşkar edilərək xilas edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə RBC-yə vəkil Daniel Qotye məlumat verib.
Vəkil bildirib ki, bu, Auşevin ilk intihar cəhdi deyil. Belə ki, Auşev ilk intihara 12 mart 2026-cı ildə, hökmünün elan edildiyi gün cəhd edib.
Qeyd edək ki, “Krokus”a görə həsb olunan və ömürlük cəza verilən 37 yaşlı Yakubcan Yusufzadə intihar edib.
Bakı 




