• Bakı C

    7.75 m/s

  • USD - 1.7

    EUR - 2.0039

    RUB - 2.2215

Lavrov Simonyana Qərblə yaxınlaşmağın təhlükələrindən danışıb

DÜNYA

05 Fevral 2026 | 21:56

Lavrov Simonyana Qərblə yaxınlaşmağın təhlükələrindən danışıb

Fevralın 5-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun dəvəti ilə Rusiyada rəsmi səfərdə olan Ermənistan Respublikası Milli Məclisinin sədri Alen Simonyanla görüşüb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya-Ermənistan münasibətlərindəki cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Rusiya tərəfi Moskva ilə İrəvan arasında hərbi-siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin gücləndirilməsinə yönəlmiş təşəbbüslərin tez bir zamanda praktiki şəkildə həyata keçirilməsinə sadiqliyini bir daha təsdiqləyib. Ənənəvi müttəfiqlərlə əməkdaşlığın pozulması bahasına Qərblə yaxınlaşma təhlükəsindən danışlıb.

Avrasiya regionunda inteqrasiya layihələri çərçivəsində qarşılıqlı fəaliyyət müzakirə olunub.

Regional baxımdan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı məsələlər müzakirə olunub. "3+3" Regional Əməkdaşlıq Platformasının fəaliyyətinin vacibliyi qeyd edilib.


SON XƏBƏRLƏR