Hindistanın Meqhalaya ştatında kömür mədənində baş verən partlayış nəticəsində azı 18 işçi həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, hadisə dağlıq Şərqi Jantia Hils bölgəsində qanunsuz fəaliyyət göstərən mədəndə baş verib.
Daha bir neçə nəfərin dağıntılar altında qalması ehtimalı var.
Axtarış-xilasetmə işləri davam edir.
Bakı 




