• Bakı C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.1063

Gürcüstanda azərbaycanlıların toyu yasa döndü

HADİSƏ

06 Yanvar 2026 | 23:18

Gürcüstanda azərbaycanlıların toyu yasa döndü

Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Qara Təhlə kəndində keçirilən toy mərasimində mübahisə yaşanıb.

Bakıvaxtı.az xəbər verir ki, yanvarın 5-də axşam saatlarında baş vermiş insident bir nəfərin ölümü, dörd nəfərin isə xəsarət alması ilə nəticələnib.

Məclisdə yaranan mübahisə daha sonra toydan kənar yerlərdə davam edib. Fiziki qarşıdurma zamanı orta yaşlı Fail Əliyev adlı şəxsin üzərinə avtomobil sürülüb və o, hadisə yerində ölüb.

Hadisə zamanı bıçaq yaraları alanlar Rustavi şəhərindəki xəstəxanalardan birinə çatdırılıb.

Gürcüstanın Daxili İşlər Nazirliyindən insidentlə bağlı qəsdən adam öldürmə maddəsi üzrə istintaqın aparıldığı bildirilib.

Yayılan məlumatlara əsasən, Fail Əliyev mübahisənin düşdüyü toyun tamadası olub./Apa


SON XƏBƏRLƏR

07 Yanvar 2026