• Bakı C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 2.012

    RUB - 2.2055

Xaçmazda qatar avtomobili vurdu: Sürücü öldü - VİDEO - YENİLƏNİB

HADİSƏ

05 Fevral 2026 | 13:45

Xaçmazda qatar avtomobili vurdu: Sürücü öldü - VİDEO - YENİLƏNİB

"Bu gün saat 09:45 radələrində Xaçmaz-Qusarçay sahəsində minik avtomobili dəmiryol keçidindən keçid qaydalarını pozaraq hərəkətdə olan teplovozun qarşısına çıxıb".

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Minik avtomobilinin sürücüsü xəstəxanaya aparılıb. 

Hadisə nəticəsində dəmiryol infrastrukturuna zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.

"ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır", - qurumdan qeyd edilib.

***

12:26

Xaçmazda qatar avtomobili vurub, sürücü ölüb.

Bakıvaxtı.az-ın Report-a istinadən məlumatına görə, rayonun Nərəcan kəndində dəmir yolu keçidini keçmək istəyən "VAZ-21011"markalı avtomobili hərəkətdə olan qatar vurub.

Avtomobilin sürücüsü Xaçmaz rayon Ağtala kənd sakini, 2004-cü il təvəllüdlü Çələbiyev Səid İlham oğlu qəza zamanı ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.

 


SON XƏBƏRLƏR

04 Fevral 2026