• Bakı 10° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

HADİSƏ

07 Mart 2026 | 10:27 | Müəllif: Əli Hüseynov

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Martın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 4 alışdırıcı, 8 tüfəng, 8 patron darağı və 900 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

    Məlumata görə, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    10 Noyabr 2026