• Bakı 13° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Bıçaqlanan 7 yaşlı uşağın atası danışdı - YENİLƏNİB

HADİSƏ

05 Fevral 2026 | 14:47

Bıçaqlanan 7 yaşlı uşağın atası danışdı - YENİLƏNİB

Ağcabədidə 7 yaşlı uşağın bıçaqlanması ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, azyaşlının atası Rəşad Bəşirov APA-ya hadisənin evlərinin yaxınlığında baş verdiyi bildirilib:

"Hadisənin hansı səbəbdən baş verdiyini bilmirəm. Uşaq mənə dedi ki, evin yanında oynayırmış, çağırıblar, aparıb bu hala salıblar. Uşağa 19 bıçaq xəsarəti yetirilib. Həkimlər sağ olsun, əllərindən gələn hər şeyi etdilər".

R.Bəşirov onu da deyib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin dayısı ilə dostdurlar.

***

13:19

Ağcabədidə 7 yaşlı uşağı bıçaqlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

12:39

Ağcabədi rayonunda 7 yaşlı uşağın bıçaq xəsarətləri alması faktı qeydə alınıb.

Bakıvaxtı.az-ın APA-ya istinadən məlumatına görə, 7 yaşlı S.B. bıçaq xəsarəti ilə Ağcabədi rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, fevralın 4-də saat 18:00 radələrində 2019-cu il təvəllüdlü azyaşlı (kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospilitasiya olunub: "Pasiyent dərhal əməliyyat blokunda alınıb. Əməliyyat icra edildikdən sonra pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir".


SON XƏBƏRLƏR