• Bakı 19° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Lənkəranda dördotaqlı ev yandı

HADİSƏ

05 Fevral 2026 | 13:29

Lənkəranda dördotaqlı ev yandı

Lənkəran rayonunda dördotaqlı fərdi yaşayış evi yanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Yuxarı Nüvədi kəndində qeydə alınıb

Kənd sakini Emil Zeynal oğlu Əkbərova məxsus ümumi sahəsi 120 kvadratmetr olan dördotaqlı fərdi yaşayış evi yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəran Dövlət Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb edilib.

Yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb. Xəsarət alan olmayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır./Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR