• Bakı 13° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Güclü külək nəticəsində ölən şəxs AAYDA əməkdaşı imiş - FOTO - YENİLƏNİB

HADİSƏ

05 Fevral 2026 | 14:40

Güclü külək nəticəsində ölən şəxs AAYDA əməkdaşı imiş - FOTO - YENİLƏNİB

Ötən gün Xətai rayonu Zeytun küçəsi 18 ünvanında ölüm hadisəsi baş verib.

Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, 1980-ci il təvəllüdlü Rüfət Səhrad oğlu Qasımov iş yoldaşı ilə birgə Xətai rayonu ərazisində yerləşən AAYDA-ya məxsus idarədən çıxaraq yaşadığı Qaraçuxur qəsəbəsinə getmək üçün Zeytun küçəsindən keçərkən əsən güclü külək İlham Ələkbərova məxsus fərdi yaşayış evinin daş hasarı uçaraq Rüfət Qasımovun üzərinə düşüb.

İş yoldaşı onu daşların altından çıxararaq təcili yardıma müraciət edib. Lakin R.Qasımov başından aldığı zədəyə görə dünyasını dəyişib.

Faktla bağlı Xətai Rayon Prokurorluğu araşdırma aparır.

***

11:24

Bakıda küləkli hava şəraiti ilə əlaqədar bir nəfər kişinin həkiməqədər ölüm faktı ilə bağlı təfərrüatlar məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, kişi üzərinə hasarın aşması nəticəsində həyatını itirib.

Hadisə Xətai rayonu, Zeytun küçəsində baş verib. Hasarın aşması səbəbindən 1980-ci il təvəllüdlü Rüfət Səhrad oğlu Qasımov ölüb.

***

10:34

Küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yıxılma səbəbilə beş çağırış qeydə alınıb.

Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 47 yaşlı qadın Sabunçu Tibb Mərkəzinə, 73 yaşlı qadın Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 43 yaşlı qadın və 53 yaşlı kişi isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Hava şəraiti ilə əlaqədar bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.


SON XƏBƏRLƏR