• Bakı C

    1.6 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.1063

Zelenski müharibə strategiyasını yeniləyir?- Kadr dəyişiklikləri nəzərdə tutulan effekti yaradarsa…

DÜNYA

06 Yanvar 2026 | 15:36

Zelenski müharibə strategiyasını yeniləyir?- Kadr dəyişiklikləri nəzərdə tutulan effekti yaradarsa…

Bir neçə gün öncə Ukrayna administrasiyasında yeni kadr təyinatları edilib.

Bakıvaxtı.az-ın məlumatına görə, dəyişikliklərə əsasən, Ukrayna Prezidenti Volodimir Zelenski sanksiyalar siyasəti üzrə komissar Vladislav Vlasyuku öz ofisinin rəhbəri təyin edib. Həmçinin Ukraynanın hərbi kəşfiyyat rəhbəri Kirill Budanov Ukrayna Prezident Administrasiyasının başçısı vəzifəsinə, o cümlədən Vinnitsa, Dnepropetrovsk, Poltava, Ternopil və Çernovtsi vilayətlərinə yeni regional administrasiya rəhbərləri təyin olunub.

Hesab etmək olarmı ki, bu kadr dəyişiklikləri fonunda Zelenski müharibə strategiyasını yeniləməyə hazırlaşır? Yeni təyinatlar Ukraynanın diplomatik xəttində dəyişiklik yaradacaqmı?

Mövzu ilə bağlı politoloq Xəqani Cəfərli öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, Zelenski kadr dəyişikliklərinin sülh danışıqlarında diplomatik komandanın gücləndirilməsinə xidmət etdiyini bildirib. Lakin aydın görünür ki, bu dəyişikliklə prezident eyni zamanda iki problemi həll etmək istəyir:

“Birincisi, son korrupsiya olaylarından sonra hakimiyyətə qarşı yaranan etimadsızılığı aradan qaıdırmağa çalışır. Bu, ağır müharibə aparan ölkə üçün çox önəmlidir. Döyüşən ordu və xalqda hökumətə güvən olmasa, düşmənin qarşısını almaq çətin olar”.

Xəqani Cəfərli: Kadr təyinatları həm müharibə strategiyasına, həm də diplomatiya sahəsində Ukraynanın mövqeyini gücləndirə bilər

Müsahibimizə görə, ikincisi isə Zelenski aydın hiss edir ki, kadrların bir çoxu yorulub. Dörd ilə yaxındır davam edən dəhşətli müharibə şəraitində işləmək, çətin qərarlar qəbul etmək və icrasını təmin etmək asan deyil. Bütün bunlar dövlət idarəetməsinin gücləndirilməsinə xidmət edir.

X.Cəfərli qeyd edib ki, kadr təyinatları həm müharibə strategiyasına, həm də diplomatiya sahəsində Ukraynanın mövqeyini gücləndirə bilər.

“Əgər kadr dəyişiklikləri nəzərdə tutulan effekti yaradarsa, heç şübhəsiz ki, hərb meydanında da, diplomatik xəttə də dəyişiklik yaradacaq”, - deyə Xəqani Cəfərli vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR