“Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüklə Avropa İttifaqına (Aİ) üzvlük bir-birinə uyğun gəlmir, amma Rusiya Ermənistanın seçiminə hörmət edəcək”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşdə deyib.
Nazir qeyd edib ki, Ermənistan üçün nəyin daha vacib və faydalı olduğu – AİB çərçivəsində inteqrasiya proseslərinin davam etdirilməsi, yoxsa Aİ-nin norma və standartlarına keçid mövzusunda müzakirələr gedir, Rusiya bu müzakirələri izləyir.
Rusiya xarici işlər naziri hesab edir ki, eyni anda AİB və Aİ-yə üzv olmaq mümkün deyil.
“Amma siz bizim mövqeyimizi bilirsiniz. Bu mövqe hansısa ideoloji motivlərlə bağlı deyil, reallıqlardan irəli gəlir. Avrasiya İqtisadi Birliyinə üzvlük Avropa İttifaqı ilə əməkdaşlıqla, xüsusən də ona qoşulmada əsas götürülən prinsiplərlə uyğun deyil. Bu, sizin seçiminizdir və biz ona tam şəkildə hörmət edəcəyik”, - Lavrov vurğulayıb./Teleqraf
Bakı 




