• Bakı 14° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

23 yaş fərqlə baş rolları oynayacaqlar

DÜNYA

07 Mart 2026 | 13:45 | Müəllif: Əli Hüseynov

23 yaş fərqlə baş rolları oynayacaqlar

Daha öncə iki hissəsi yayımlanan “Aşk Tesadüfleri Sever” filminin üçüncüsü çəkilir. 

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmdə baş qəhrəmanları 27 yaşlı Devrim Özkan və 50 yaşlı Mehmet Günsür canlandıracaq. Onlar filmdə Dəniz və Özgür obrazında olacaqlar.

“Aşk Tesadüfleri Sever 1”in davamı olaraq çəkilən layihədə sevdiyi qadının ürəyi ilə yaşayan Özgür yenidən aşiq olur. Həm maraqlı bir sevgi hekayəsi olan, həm də orqan bağışlanmasının vacibliyini vurğulayan filmdə Belçim Bilgin, Ayda Aksel və Serkan Altunorak da rol alacaq.

Nümayiş tarixi 20 noyabra planlaşdırılan filmdə aktyorlar arasındakı yaş fərqi sosial mediada müzakirələrə səbəb olub. Bəzi istifadəçilər Devrim Özkanın hər zaman özündən yaşça böyük həmkarlarla rol paylaşdığını vurğulayıblar. 

Qeyd edək ki, Devrim Özkan hazırda “Yeraltı” Ceylan obrazını canlandırır. Mehmet Günsür isə “Kıskanmak” serialında Halit Paşazade obrazına həyat verir. Mehmet Günsür 2011-ci ildə yayımlanan “Aşk Tesadüfleri Sever 1”də Özgür obrazını canlandırmışdı. Dəniz obrazına həyat verən Belçim Bilgin idi. O, qəza nəticəsində həyatını itirir, ürəyi isə sevdiyi adama, Özgürə verilir.

 




 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026