Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Ukrayna ilə bağlı sülh müqaviləsi danışıqlarında müsbət irəliləyiş əldə olunduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, o, Böyük Britaniya və Avropanın prosesə maneə yaratmasına baxmayaraq, Əbu-Dabidə keçirilən üçtərəfli görüşlərin konstruktiv keçdiyini vurğulayıb.
Dmitriyev həmçinin ABŞ administrasiyası ilə Rusiya-ABŞ iqtisadi əməkdaşlığı istiqamətində dialoqun davam etdiyini qeyd edib.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə başlayan danışıqlar bu gün də davam edir.
Əli Hüseynov
Bakı 




