• Bakı C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 2.0039

    RUB - 2.2215

Türkiyə Prezidenti: ABŞ ilə İran arasında gərginlik artıb

DÜNYA

05 Fevral 2026 | 14:21

Türkiyə Prezidenti: ABŞ ilə İran arasında gərginlik artıb

“İlk növbədə, biz regionu yeni münaqişə və ya xaosa sürükləmədən ABŞ-la İran arasında gərginliyi azaltmaq üçün əlimizdən gələni edirik. Bu məqsədlə, bildiyiniz kimi, mənim ABŞ Prezidenti Donald Trampla, daha sonra isə İran Prezidenti Məsud Pezeşkianla telefon danışığım olub”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə müsahibəsində bildirib.

    “İstanbulda İranın xarici işlər naziri Abbas Əraqçi və Türkiyə xarici işlər naziri ilə birlikdə üçtərəfli görüş keçirdim. Biz məsələni canlı saxlayırıq. İrana hərbi müdaxilənin əleyhinə olduğumuzu açıq şəkildə bildirdik və bunu həmkarlarımıza çatdırdıq. Hələlik görürəm ki, tərəflər diplomatiyaya yol açmaq istəyirlər. Bu, müsbət inkişafdır”, - Ərdoğan deyib.

    O qeyd edib ki, zəmin hələ də dialoq və diplomatiya üçün açıqdır: “İnanıram ki, müzakirələrdə irəliləyiş əldə edildikdən sonra liderlər səviyyəsində danışıqlar da faydalı olacaq. Hərbi gərginliyin artdığını nəzərə alsaq, danışıqlar masasının hansısa yolla qurulması vacibdir. Ümid edirik ki, problemlər dialoq yolu ilə həll olunacaq və regionumuzda yeni münaqişə yaranmayacaq. Biz həm liderlər diplomatiyası, həm də digər səviyyələrdə müzakirələr vasitəsilə danışıqlar üçün zəmini gücləndirməyə çalışacağıq. İlk növbədə, biz regionumuzda növbəti müharibənin olmasını istəmirik”.


    SON XƏBƏRLƏR