Venesuela prezidenti Nikolas Maduronun oğlu Gerra Maduro atasının ABŞ qüvvələri tərəfindən əsir götürülməsindən sonra ictimaiyyətə açıqlama verib.
Bakıvaxtı.az xəbər verir ki, oğul Maduro Venesuela Milli Assambleyasında çıxışında deyib:
"Ata, bu ailədə hamımızı güclü etdin. Budur, sən qayıdana qədər biz öz borcumuzu yerinə yetiririk. Vətən etibarlı əllərdədir, ata. Və tezliklə burada, Venesuelada bir-birimizi qucaqlayacağıq", - 35 yaşlı parlamentari atasına xitab edərək ağlayıb.
Venesuela dövlət televiziyası parlamentdən görüntülər yayımlayıb.
Yanvarın 3-də ABŞ prezidentinin əmri ilə ABŞ qüvvələri Nikolas Maduronu və onun həyat yoldaşı Silia Floresi Karakasda ələ keçirərək Nyu-Yorka aparıblar və burada məhkəmə Venesuelalı siyasətçini narkotika-terrorçuluq ittihamı ilə ittiham edib. Venesuela prezidenti və həyat yoldaşı günahını etiraf etmir.
Bakı 




