İsveç hökuməti 2026-cı ildə enerji dəstəyi üçün Ukraynaya təxirəsalınmaz şəkildə bir milyard İsveç kronu (110 milyon dollardan çox) ayırmaq qərarına gəlib.
Bakıvaxtı.az "SVT" telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin inkişaf və xarici ticarət naziri Bendjamin Dous məlumat verib.
"İsveçin yardımı dərhal Ukraynanın enerji təchizatının bərpası üçün zəruri olan elektrik stansiyalarına, qızdırıcılara və ehtiyat hissələrinə yönəldiləcək", - deyə məlumatda bildirilib.
Bakı 




