• Bakı C

    7.44 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Moskva vilayətində PARTLAYIŞ - YENİLƏNİB 

DÜNYA

07 Mart 2026 | 17:05

Moskva vilayətində PARTLAYIŞ - YENİLƏNİB 

Moskva vilayətinin Putilkovo şəhərində bank filialında baş verən partlayışla bağlı saxlanılan var.

Bakıvaxtı.az xəbər verir ki, saxlanılan şəxs yeniyetmədir.

İlkin məlumata görə, 16 yaşlı yeniyetmə naməlum şəxslərin telefon təlimatlarına əməl edərək bank filialına bir qutu tezalışan maye gətirərək yandırıb.

Faktla bağlı araşdırma gedir.

***

16:30

Moskva vilayətində partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Telegram” kanalları məlumat yayıb.

Məlumata görə, Moskva yaxınlığındakı Putilkovoda bank filialının binasında partlayış baş verib.

Binanın şüşələri və giriş qapıları qırılıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları və polis əməkdaşları gedib. Hazırda zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Partlayışın səbəbləri müəyyənləşdirilir.


SON XƏBƏRLƏR