Rusiya Ermənistanla "əsrlər boyu davam edən dostluq ənənələrini" gücləndirməkdə maraqlıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistan Milli Məclisinin sədri Alen Simonyanla görüşündə bildirib.
O, Ermənistanın Rusiya Federasiyası üçün təbii strateji tərəfdaş olduğunu vurğulayıb.
"Biz əsrlər boyu davam edən dostluq ənənələrini gücləndirməkdə maraqlıyıq. Bu, xalqlarımızın və dövlətlərimizin maraqlarına cavab verir və dinc və çiçəklənən Cənubi Qafqazın qurulmasına mühüm töhfə verir", - Matviyenko bildirib.
Onun sözlərinə görə, hər iki ölkənin parlamentariləri daim əlaqə saxlayır və əməkdaşlıq üçün tonu Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan müəyyən edir.
O, Rusiyanın Ermənistan üçün etibarlı ticarət, iqtisadi və investisiya tərəfdaşı statusunu effektiv şəkildə təsdiqlədiyini vurğulayıb. Matviyenko mübahisəli məsələlərin həllində parlamentlərin rolunu da qeyd edib.
Bakı 




