• Bakı C

    2.08 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.1063

Daha bir prezident sarayı ətrafında atışma...

DÜNYA

07 Yanvar 2026 | 00:44

Daha bir prezident sarayı ətrafında atışma...

Yəmənin müvəqqəti paytaxtı Ədən şəhərində prezident sarayı olan Maaşiq ətrafında atəş səsləri eşidilir.

Bakıvaxtı.az xəbər verir ki, Ədəndə Krater və Xor-Maksar bölgələrində zenit qurğuları naməlum pilotsuz uçan obyektə atəş açır.

Daha əvvəl Yəmən hakimiyyəti BƏƏ-dən ölkə ərazisindəki bütün hərbi qüvvələrini və texniki personalını çıxarmasını tələb etmişdi. Bu tələb, BƏƏ ilə birgə müdafiə sazişinin dayandırılması ilə bağlı irəli sürülüb.

Qeyd edək ki, dekabrdan etibarən Yəmənin təhlükəsizlik vəziyyəti kəskin pisləşib. Bu, BƏƏ tərəfindən dəstəklənən Cənub Keçid Şurasının genişmiqyaslı hücumu ilə bağlıdır. Cənub Keçid Şurası Cənubi Yəmənin müstəqilliyini bərpa etməyə çalışır.|/Publika.az


SON XƏBƏRLƏR

07 Yanvar 2026