Lənkəranda iki mərtəbəli evdə yanğın olub.
Bakıvaxtı.az-ın apa-ya istinadən xəbərinə görə, hadisə səhər saat 6-7 radələrində Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb.
Kənd sakini Şamil Qurbanova məxsus ikimərtəbəli 8 otaqlı evdə başlanan yanğın bir anda ətrafa yayılıb. Dərhal hadisə yerinə FHN-in Lənkəran Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Qısa müddətdə yanğın söndürülüb. Alovun digər otaqlara keçməsinin qarşısı alınıb.
Ev sahibi bildirib ki, yanğın baş verən zaman 5 nəfər ailə üzvi ilə Bakı şəhərində olublar. Yaxınları onlara zəng edərək evlərinin yandığını deyib. Bakıdan evlərinə qayıdan ailə evə baxış keçirən zaman evdə bəzi əşyaların olmadığını görüblər. Ev sahibi iddia edir ki, evdən oğurluq olub, hətta oğurluq edənlər mətbəxdə mürəbbə yeyib sonra evə od vurublar. Vaxtında görülən tədbirlər nəticəsində evin tam yanmasının qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev APA-nın sorğusuna cavab olaraq bildirib ki, yanvar ayının 6-da Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi, daha sonra həmin ünvanda yanğın hadisəsinin baş verməsi ilə bağlı polisə müraciət daxil olub. Hazırda həmin müraciət üzrə Lənkəran şəhər rayon polis şöbəsində müvafiq araşdırma aparılır.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Bakı 




