Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu islahatlar həyata keçirilir. Dövlət və özəl sektor bir-birindən ayrı şəkildə səmərəli fəaliyyət göstərə bilməz. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanda dinamik inkişaf həyata keçirilir. Hüquq elmi cəmiyyətdə baş verən proseslərlə bağlı dəyişir, yeni hüquq sahələri meydana çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev "LEGİS Hüquq Forumu"nda çıxış edərkən deyib.
Kamran Əliyev qeyd edib ki, bəzi hüquq sahələri tarixə çevrilir: "Qanunların qəbulu zamanı bir sıra faktorların nəzərə alınması vacibdir. Son zamanlar prokurorluğun kadr korpusunun tərkibini hüquqşünaslar təşkil edirlər. Ona görə də hüquq təhsilinin inkişafına bizim tərəfimizdən diqqət yetirilir.
Hüquq təhsilində tənqidi yanaşmalara üstünlük verilməlidir. Hüquqşünaslara qanunları texniki şəkildə tətbiq edən şəxs kimi baxa bilmərik. Hüquqşünas qanunun reallığını tutmalıdır. Həmçinin informasiya texnologiyalarının tətbiqinə ali təhsil müəssisələrində diqqət yetirilməlidir. Süni zəka insan zəkasına qarşı deyil. Biz süni zəkanı tətbiq etməklə öz zəkamızı artırırıq".
Bakı 




