• Bakı C

    9.67 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Sumqayıtda qaz xətti zədələnib, mindən çox abonent qazsız qalıb

CƏMİYYƏT

07 Mart 2026 | 12:21

Sumqayıtda qaz xətti zədələnib, mindən çox abonent qazsız qalıb

Sumqayıt şəhərində qaz xəttinin zədələnməsi səbəbindən bir sıra abonentlərin qaz təchizatında fasilə yaranıb.

Bakıvaxtı.az Report-a məlumat verir ki, hadisə şəhərin Maksim Qorki küçəsində qeydə alınıb.

Məlumata görə, diametri 108 millimetr olan yüksəktəzyiqli qaz xətti avtoqəza nəticəsində zədələnib. Bu səbəbdən ərazidə qaz təchizatı dayandırılıb. Nəticədə təxminən 1100 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb.

Hazırda qəza baş verən ərazidə müvafiq qurumların əməkdaşları tərəfindən təmir-bərpa işləri aparılır. Qaz təchizatının qısa müddətdə bərpa olunacağı bildirilir.


SON XƏBƏRLƏR

06 Mart 2026