• Bakı C

    10.65 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

DYP yol hərəkəti iştirakçılarına müraciət edib

CƏMİYYƏT

07 Mart 2026 | 09:53

DYP yol hərəkəti iştirakçılarına müraciət edib

Bayram və həftəsonu ilə əlaqədar ardıcıllıq təşkil edən qeyri-iş günlərində respublika əhəmiyyətli, həmçinin turizm və istirahət bölgələrinə aparan avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin qeyri-iş günləri ilə bağlı yol hərəkəti iştirakçılarına etdiyi müraciətdə qeyd olunub.

Bildirilib ki, sözügedən səbəblərdən sürücülərdən xahiş olunur ki, hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər, səhhətində problem olduğu halda, eləcə də yorğun, yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər, təhlükəsiz ara məsafəsini qorusunlar və riskli ötmə manevrlərindən çəkinsinlər.

"Bununla yanaşı, yol hərəkəti qaydalarının tələblərinə ciddi əməl etsinlər, səfərə çıxmazdan öncə nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirsinlər", - deyə müraciətdə vurğulanıb.


SON XƏBƏRLƏR

06 Mart 2026