• Bakı 19° C

    5.26 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Bakıda zəncirvari qəza olub, bir nəfər xəsarət alıb - VİDEO

CƏMİYYƏT

07 Mart 2026 | 11:21 | Müəllif: Əli Hüseynov

Bakıda zəncirvari qəza olub, bir nəfər xəsarət alıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bakıvaxtı.az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota Corolla”, “Hyundai” və “Toyota Prius” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Toyota Prius” markalı minik avtomobilində vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb. Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 1994-cü il təvəllüdlü İslamzadə Nəzrin Faiq qızını xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    09 Oktyabr 2026