• Bakı C

    1.6 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.1063

Bu proqram üzrə 4 min 800-ə yaxın şəxs işlə təmin edildi

CƏMİYYƏT

06 Yanvar 2026 | 16:03

Bu proqram üzrə 4 min 800-ə yaxın şəxs işlə təmin edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramlarından biri də “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramıdır.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, həmin proqram çərçivəsində 2025-ci ildə 468 işəgötürənlə əməkdaşlıq əsasında daha 1763 şəxs işlə təmin olunub. İşlə təmin edilmiş şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanılıb.

2021-ci ildə icrasına başlanan birgə maliyyələşmə proqramı üzrə məşğulluğu təmin olunmuş şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.

Ümumilikdə həmin proqram çərçivəsində 4 min 800-ə yaxın şəxs işlə təmin edilib.


SON XƏBƏRLƏR