Füzuli rayonunun Horadiz kənd yaşayış məntəqəsinin layihələndirilməsinə başlanılır.
Bakıvaxtı.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Dövlət xidməti sözügedən işlərin icrasını Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutuna həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, Horadiz kənd yaşayış məntəqəsinin layihələndirilməsi 1,969 milyon manata başa gələcək.
Qeyd edək ki, Horadiz yaşayış məntəqəsi XIX əsrin sonunda Şuşa qəzasının tərkibinə daxil olub. Kənd Birinci Qarabağ müharibəsi zamanı erməni qüvvələrinin işğalına məruz qalıb.
2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilib.
Bakı 




