• Bakı C

    8.41 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Həcc ziyarətinə müraciət vaxtı BİTİR

CƏMİYYƏT

07 Mart 2026 | 14:00

Həcc ziyarətinə müraciət vaxtı BİTİR

Həcc ziyarəti üzrə kvota hələ ki, tamamlanmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, Həcc ziyarəti üzrə sənəd qəbulun vaxtının bitməsinə baxmayaraq qəbul davam etdirilir:

"Qarşı tərəflə danışıqlar aparılır. Artıq kvotanın 85 faizdən çoxu tamamlanıb. İlk uçuş isə mayın 17-də olacaq. İlk zəvvar qrupunda 180 nəfər olacaq. Hazırda baş verən gərginliklərlə bağlı heç bir dəyişiklik yoxdur, proses normal şəkildə davam edir. Qeydiyyat prosesi hələ ki, davam edir. Ziyarətdən imtina edənlər yoxdur, gündəlik müraciətlər qeydə alınır".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq builki Həcc mövsümü üçün sənəd qəbulunun müddəti mart ayının 7-dək uzadılmışdı.

Xatırladaq ki, Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir.


SON XƏBƏRLƏR

06 Mart 2026