Ukrayna üçün artıq təhlükəsizlik zəmanətlərinin arxitekturası, konkret olaraq hansı ölkələrin nə etməyə hazır olması ilə bağlı təfərrüatlı anlayış var.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə “İstəklilər koalisiyası”nın sammitindən sonra teleqram səhifəsində bildirib.
"Fransa, Britaniya və Ukrayna hərbçiləri Silahlı Qüvvələri təşkil edən qüvvələrin, sayının və xüsusi silah növlərinin yerləşdirilməsi üzərində təfərrüatlı işləyiblər. Bizdə çox lazım olan detallar artıq var. Hansı ölkənin nə etməyə hazır olduğunu başa düşürük. “İstəklilər koalisiyası”nın bütün ölkələrindən hər bir liderə təşəkkür etmək istəyirəm”, - deyə Zelenski bildirib.
Zelenski, həmçinin qeyd edib ki, Paris görüşündə Amerika tərəfi ilə sülhün pozulmasının qarşısını almaq üçün monitorinq məsələsini ətraflı müzakirə ediblər. Zelenskinin sözlərinə görə, Amerika bunun üzərində işləməyə hazırdır. “Ən mühüm komponentlərdən biri çəkindirmə, Rusiyanın yeni təcavüzünün qarşısını alacaq vasitələrdir. Biz hamımız bunu görürük”, - deyə Prezident sözlərini yekunlaşdırıb.
Bakı 




