• Bakı C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.1063

Bu marşrut xəttinə daha 10 avtobus cəlb olunur

CƏMİYYƏT

06 Yanvar 2026 | 19:30

Bu marşrut xəttinə daha 10 avtobus cəlb olunur

Yanvarın 7-dən Masazır qəsəbəsini metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 525 nömrəli müntəzəm marşrut xəttinə daha 10 müasir, komfortlu, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilən "King Long" markalı avtobus cəlb edilir.

Bakıvaxtı.az bu barədə AYNA-ya istinadən xəbər verir.

Qeyd edək ki, daşıyıcı tərəfindən marşrut üzrə avtobuların bir qismi 2025-ci ildə yenilənmişdir. Hazırda isə yeni alınan və sərnişin tutumu yüksək olan nəqliyyat vasitələri xətt üzrə istismara buraxılır. Yaxın aylarda marşrut üzrə avtobusların digər qisminin də yenilənməsi təmin ediləcək. Marşrut üzrə 25 avtobus 6-7 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək.


SON XƏBƏRLƏR

07 Yanvar 2026