• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mingəçevir və Bərdədə qaz olmayacaq

CƏMİYYƏT

05 Fevral 2026 | 17:12

Mingəçevir və Bərdədə qaz olmayacaq

Sabah Mingəçevir şəhərinin və Bərdə rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Mingəçevirdə yerləşən Toxuculuq və A. Puşkin küçələrində fərdi yaşayış evlərinin qaz təchizatının şəbəkəyə qoşulması ilə əlaqədar saat 10:00-dan ərazinin qaz təminatının işlər yekunlaşanadək daxildən dayandırılması planlaşdırılıb. Qaz təzhizatının dayanması ilə əlaqədar ümumilikdə 380 abonentin qaz təchizatında fasilə yaranacaq.

Bundan başqa, Bərdə rayonunun ölçü qovşağından qidalanan M.Ə.Sabir küçəsində qeyri yaşayış obyektinin qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının daxildən dayandırılması planlaşdırılır. Qaz təchizatının dayanması ilə əlaqədar İ.Qayıbov , Nüşabə, Vaqif, Koroğlu, H.Aslanov, Sabir və Gəncə küçələrində cəmi 2 284 abonentin qaz təchizatında fasilələr yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026