• Bakı C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 2.0039

    RUB - 2.2215

Avtobus dayanacaqların quraşdırılmasına 3,6 milyon manat xərclənəcək

CƏMİYYƏT

05 Fevral 2026 | 16:53

Avtobus dayanacaqların quraşdırılmasına 3,6 milyon manat xərclənəcək

Bakı şəhəri və regionlardakı küçə və prospektlərdə sərnişinlərin avtobus gözləmələri üçün yeni dayanacaq pavilyonlarının quraşdırılması üçün 3,6 milyon manat vəsait ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bu barədə açıq tender elan edib.

Müsabiqənin qalib olacağı şirkətə ümumilikdə 300 dayanacaq pavilyonunun quraşdırılması üçün 3 milyon 654 min 73,57 manat ödəniləcək.

Qeyd edək ki, Bakı, Xızı-Abşeron ərazisində 142, Naxçıvanda 80, Gəncə - Daşkəsən - Qazax və Şəki - Zaqatala ərazilərində 10, Quba - Xaçmaz, Dağlıq Şirvan ərazisində 22, Lənkəran - Astara və Mərkəzi - Aran rayonları ərazisində 11, Qarabağ və Şərqi Zəngəzurda 8, Şirvan - Salyan, Mil - Muğan ərazilərində isə 6 pavilyon quraşdırılacaq.

Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi martın 5-nə təyin olunub.


SON XƏBƏRLƏR