• Bakı C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 2.0039

    RUB - 2.2215

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri həbs edildi

CƏMİYYƏT

05 Fevral 2026 | 16:25

Qurtuluş Reabilitasiya Mərkəzinin rəhbəri həbs edildi

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində şikayətə baxılıb və qərar qəbul edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, "Qurtuluş" Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb.

Faktla bağlı "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov, mərkəzin əməkdaşları - Natiq Əliyev və Elşad Məhərrəmov saxlanılıb. Məhkəmənin qərarı ilə onların hər biri barəsində 2 ay 10 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 133-cü (əzab vermə), 144-cü (adam oğurluğu), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri üzrə ittiham edilir.


SON XƏBƏRLƏR