"İranın daxili işlərinə üçüncü tərəfin müdaxiləsi ilə bağlı hər hansı bir təhdid ölkədə sabitliyi pozmaq cəhdi kimi qiymətləndiriləcək və sərt cavablarla qarşılaşacaq".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Müdafiə Şurası bildirib.
Şuranın katibliyinin bəyanatında qeyd edilir: "Milli maraqlara qarşı hər hansı bir hücum, daxili işlərə müdaxilə və ya İranın sabitliyini pozmağa yönəlmiş hərəkətlərə mütənasib, hədəflənmiş və qətiyyətli cavab veriləcək".
Xatırladaq ki, yanvarın 5-də ABŞ prezidenti Donald Tramp bildirib ki, İran rialının kəskin şəkildə düşməsinə etiraz edən insanlar arasında itki olarsa, ABŞ İrana zərbə endirə bilər.
Zeynəb Rzayeva
Bakı 




