Macarıstan Avropa İttifaqını (Aİ) tərk etməyəcək, Avropa İttifaqı özü parçalanacaq .
Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.
Orban Macarıstanın Aİ-dən çıxmaq ehtimalını rədd edib və bunun üçün məntiqi əsasın olmadığını qeyd edib.
“Aİ üzvlüyü vacib bir fürsətdir, amma əgər biz təkcə bu blokda ilişib qalsaq, vəziyyət ürəyaçan olmayacaq . Amerika, Rusiya, Çin, Ərəb dünyası və Türk dünyası da daxil olmaqla, bütün bloklarla ən yaxşı münasibətlər qurmaq məntiqlidir”,- deyə Orban əlavə edib.
O vurğulayıb ki, Macarıstanın gələcəyi blok və NATO çərçivəsindədir, lakin bunun üçün suveren xarici siyasət və iqtisadi siyasət yürüdülməlidir.
Bakı 




