• Bakı C

    1.6 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.1063

Bu rayonun İcra Hakimiyyətində TƏYİNATLAR

CƏMİYYƏT

06 Yanvar 2026 | 14:58

Bu rayonun İcra Hakimiyyətində TƏYİNATLAR

Göygöl rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini və baş məsləhətçi vakant yerlərini ləğv edib.

Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini İlqar Məmmədov Tülallar kənd icra nümayəndəsi, həmin şöbənin baş məsləhətçisi Fuad Məmmədov isə Balçılı kənd icra nümayəndəsinin müavini vəzifəsinə təyin olunub.

İcra Hakimiyyətində baş mütəxəssis vəzifəsində çalışan İlhamə Verdiyeva isə ixtisara düşərək işdən azad olunub, ona yeni iş yeri təklif edilməyib.

Eyni zamanda sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində çalışan məsləhətçi Zaur Mustafayev də ixtisara düşənlər arasındadır.

Qeyd edək ki, Vüqar Novruzov 2025-ci ilin noyabr ayında Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.


SON XƏBƏRLƏR