• Bakı C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.1063

Zelenski həmin bəyannaməni İMZALADI - FOTO

DÜNYA

06 Yanvar 2026 | 23:09

Zelenski həmin bəyannaməni İMZALADI - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna ərazisinə beynəlxalq qüvvələrin yerləşdirilməsi ilə bağlı niyyət bəyannaməsi imzalayıblar.

Bakıvaxtı.az xəbər verir ki, sənəd tərəflər arasında keçirilən üçtərəfli görüş zamanı imzalanıb.

Bəyannaməyə əsasən, beynəlxalq qüvvələrin Ukraynada yerləşdirilməsi təhlükəsizliyin təmin edilməsi və strateji sabitliyin qorunması məqsədi daşıyır. Qüvvələrin tərkibi və yerləşdirilmə müddəti barədə isə hələlik rəsmi məlumat açıqlanmayıb.

Xatırladaq ki, Parisdə Yelisey sarayında 27 ölkədən çox nümayəndənin iştirakı ilə “İstəklilər koalisiyası”nın görüşü baş tutub.


SON XƏBƏRLƏR

07 Yanvar 2026