• Bakı 21° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

İsrail Livana güclü zərbələr endirdi

DÜNYA

05 Fevral 2026 | 21:17 | Müəllif: Subhan Mahmudov

İsrail Livana güclü zərbələr endirdi

Livanın cənub və şimal rayonları İsrailin genişmiqyaslı hava hücumlarına məruz qalıb, yerüstü hədəflərə ən azı 10 zərbə endirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Lebanon 24" xəbər portalının məlumatında deyilir.

Bildirilib ki, hava hücumlarının əksəriyyəti Hizbullaha məxsus hərbi infrastruktur obyektlərinin yerləşdiyi cənubi Cezzin rayonundakı Mahmudiyyə rayonuna yönəlib.

Şimalda isə Hermel bölgəsindəki təlim bazaları və silah anbarları da bombalanıb. Tələfat barədə məlumat verilməyib.

Livan Daxili İşlər Nazirliyinin məlumatına görə, yanvar ayının əvvəlindən bəri İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026