• Bakı C

    7.75 m/s

  • USD - 1.7

    EUR - 2.0039

    RUB - 2.2215

"Makron zəng eləsə, Putin telefonu götürəcək" - Lavrov

DÜNYA

05 Fevral 2026 | 21:13

Makron zəng eləsə, Putin telefonu götürəcək - Lavrov

Fransa Prezidenti Emmanuel Makronun rusiyalı həmkarı Vladimir Putinə zəng etmək üçün qeyri-müəyyən planları acınacaqlı diplomatiyadır. Lakin Rusiya lideri həmişə əsaslı müzakirələrə açıqdır və ciddi təkliflərə müvafiq cavab veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Rusiyalı nazir xatırladıb ki, Fransa prezidenti əvvəllər Vladimir Putinə nə vaxtsa zəng etmək planlarını açıqlamışdı.

"Bu, ciddi deyil. Bu, acınacaqlı diplomatiyadır. Zəng edib ciddi bir şeyi müzakirə etmək istəyirsinizsə, zəng edin. Rusiya prezidenti həmişə telefonu götürəcək, istənilən təklifi dinləyəcək və əgər söhbət ciddi təkliflərdən gedirsə, sizi əmin edə bilərəm ki, onlar ciddi, konkret və praktik cavab alacaqlar", - deyə Lavrov bildirib.


SON XƏBƏRLƏR