• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məşhur uşaq qidaları geri çağırıldı - Tərkibində zəhər var

DÜNYA

06 Yanvar 2026 | 22:43 | Müəllif: Subhan Mahmudov

Məşhur uşaq qidaları geri çağırıldı - Tərkibində zəhər var

İsveçrənin Nestle şirkəti ürəkbulanma və qusma yaradan toksinin ola biləcəyi ehtimalına görə 25 ölkədən bir neçə uşaq qidası partiyasını geri çağırıb. 

Bakıvaxtı.az xəbər verir ki, geri çağırma Avstriya, Böyük Britaniya, Almaniya, Danimarka, İrlandiya, İtaliya, Norveç, Finlandiya, Fransa və İsveçrədəki partiyaları da əhatə edib.

"Zəhər xaricdən gətirilən xammalda (bitki yağları) aşkar edilib. Tərkibində toksin sereulid yüksək olan məhsulun qəbulu zamanı simptomlar istehlakdan sonra 6 saat ərzində baş verən qusma və ya ishal ola bilər. Bu əlamətlər qida zəhərlənməsinə, həmçinin inək südü zülallarına qarşı allergiyaya bənzəyir", - deyə şirkətin açıqlamasında bildirilir. 

Qərar NAN 1 OPTIPRO, NAN 2 OPTIPRO, NAN Supreme, NAN EXPERPRO, "NAN laktozasız", PreNAN, "NestogenComfort" və "Alfare Amino" ticarət nişanları olan və istehsal tarixi 15 aprel - 22 noyabr tarixləri olan körpə sümullarına şamil edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026