• Bakı 17° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Aygün Əliyevaya yeni vəzifə verildi

CƏMİYYƏT

06 Yanvar 2026 | 19:11 | Müəllif: Subhan Mahmudov

Aygün Əliyevaya yeni vəzifə verildi

Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni tərkibdə Müşahidə Şurasının ilk iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, iclas zamanı artıq Agentliyin İcraçı direktoru vəzifəsinin ləğv edildiyi, əvəzində 3 üzvdən - sədr və onun iki müavinindən ibarət İdarə Heyəti yaradıldığı açıqlanıb.

Daha sonra Şura Agentliyin İdarə Heyətini formalaşdırıb. Müşahidə Şurası Aygün Əliyevanı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, Emil Çaparlı və Elnur Bağırlını isə İdarə Heyəti sədrinin müavinləri təyin edib.

Qeyd edək ki, Aygün Əliyeva 2021-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru seçilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR