• Bakı 19° C

    3.08 m/s

  • USD - 1.7

    EUR - 1.9937

    RUB - 2.035

Qəfil yerə yıxılıb, yarım saata yaxın ürək masajı ediblər...

CƏMİYYƏT

29 Sentyabr 2025 | 15:07

Qəfil yerə yıxılıb, yarım saata yaxın ürək masajı ediblər...

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov bu gün Bakıda idman zalında infarktdan vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, baş vermiş hadisə idman zalının kameraları vasitəsilə anbaan lentə alınıb.

Məlum olub ki, Əməkdar artist məşq zalında müvazinətini itirərək yıxılıb. Onun yaxınlığındakı şəxslər dərhal kömək etməyə çalışaraq ürək masajı ediblər.

C.İmanovun ürək fəaliyyətini bərpa etmək üçün ona elektroşok da tətbiq edilib. Lakin bu prosesin 20 dəqiqə davam etməsinə baxmayaraq, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.

 


SON XƏBƏRLƏR