• Bakı 19° C

    3.08 m/s

  • USD - 1.7

    EUR - 1.9937

    RUB - 2.035

Məktəblərdə dərs vaxtı 40 dəqiqəyə endiriləcək? - AÇIQLAMA

CƏMİYYƏT

29 Sentyabr 2025 | 15:17

Məktəblərdə dərs vaxtı 40 dəqiqəyə endiriləcək? - AÇIQLAMA

Son günlər geniş müzakirə olunan məsələlərdən biri də məktəblərdə dərs saatının 45 dəqiqədən 40 dəqiqəyə salınması, tənəffüsün isə 5 dəqiqədən 10 dəqiqəyə artırılmasıdır.

Məktəblərdə bu sistamin tətbiqi mümkündür?

Bakıvaxtı.az xəbər verir ki, təhsil eksperti Məzahir Məmmədli Redaktor.az-a danışarkən bildirdi ki, Azərbaycan neçə ildir ki, kurikulum sisteminə keçib, amma kurikulumu hələ tam mənasında tətbiq edə bilmir:

"Düzdür, beynəlxalq təcrübədə dərs saatının 45 dəqiqədən 40 dəqiqəyə endirilməsi kimi bir məsələ var və bu, müəyyən qədər effekt verir. Əsas məsələ odur ki, biz bunu özümüzdə tətbiq edə bilərikmi? Çünki biz artıq o ənənəvi təhsilə elə öyrəşmişik ki, bu 10 dəqiqə ərzində uşaqların nə ilə məşğul olacağını təsəvvür edə bilmirik. O dəhlizlərdə 10 dəqiqəlik xaosu təsəvvür edin. Sıxılıq olan məktəblərdə 5 dəqiqə ərzində o şagirdləri bir yerə toplaya bilmirlər, qaldı ki, 10 dəqiqəlik tənəffüs olsun".

Onun sözlərinə görə, bunun üçün maddi-texniki baza formalaşdırılmalı, təlimatlar hazırlanmalı və keçid dövrü üçün müəyyən prosedurlar, qaydalar müəyyən olunmalıdır.

"Mən düşünmürəm ki, bu, yaxın iki il ərzində baş verə bilər. Bunun üçün zamana ehtiyac var. Publik hüquqi şəxsə çevrilmiş məktəblər var ki, bəlkə bu təcrübəni ilkin olaraq pilot kimi onlarda tətbiq edib nəticəsinə baxmaq olar. Əgər effektivdirsə, digər məktəblərə də tətbiq etmək mümkün olsun.

10 dəqiqə ərzində o şagirdlər nə işlə məşğul olacaq? Bu da bir qədər sual doğurur. Kitabxanalarımız elə yaxşı səviyyədə deyil ki, deyək, şagirdlər orada vaxt keçirəcəklər. Məktəblərdə onların vaxtını əyləncəli keçirmək üçün mühit formalaşmayıb. Ona görə də mən düşünmürəm ki, yaxın müddətdə bu keçidi edə bilək. Əgər mümkün olacaqsa, yəqin ki, ən azı bir-iki il vaxt çəkəcək", - deyə Məzahir Məmmədli yekunlaşdırdı.


SON XƏBƏRLƏR