• Bakı 20° C

    1.34 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

“Qarabağ”da 70-ci qolunu vurdu

İDMAN

29 Sentyabr 2025 | 10:28

“Qarabağ”da 70-ci qolunu vurdu

Abdullah Zubir "Qarabağ"ın heyətində 70-ci qolunu vurub.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının VI turuna təsadüf edib.

O, "Qəbələ" ilə ev matçında (2:0) hesabı açıb. Zubir Ağdam klubunda 70-ci qolunu 322-ci oyununda vurub.

Premyer Liqada 49 dəfə fərqlənən fransalı avrokuboklarda 16, ölkə kubokunda 5 qola sevinib.

Qeyd edək ki, Abdulla Zubir "Qarabağ"da ilk qolunu da "Qəbələ"yə vurub. O, 2018-ci il sentyabrın 23-də keçirilən çempionat matçında (4:1) fərqlənib.


SON XƏBƏRLƏR

28 Sentyabr 2025