• Bakı 18° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

Azərbaycan kubokunda 5 komanda 1/8 finala yüksəldi

İDMAN

28 Oktyabr 2025 | 16:52

Azərbaycan kubokunda 5 komanda 1/8 finala yüksəldi

Bu gün Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsinin oyunlarına start verilib.

Bakıvaxtı.az xəbər verir ki, ilk oyun günü üçün nəzərdə tutulan 6 görüşdən 5-i başa çatıb.

Bu mərhələ bir görüşdən ibarət olduğundan qalib gələn tərəf 1/8 finala yüksəlib.

28 oktyabr (çərşənbə axşamı)

14:00. “Göygöl” – “Baku Sportinq” - 0:2
Qollar: İ.Allahverdiyev, 40, 60
Hakimlər: Namiq Bəkirov, Şirmamed Mamedov, Nurlan Əhmədzadə, Səbuhi Bayramov
Buzovna qəsəbə stadionu

14:00. “Karvan-Yevlax” – “Şəki Siti” - 3:1
Qollar: S.İranxan, 16, Tompson Qavi, 105+1, Coy Mikels, 118 – N.Novruzov, 90+2
Qırmızı vərəqə: Nika Çaçaşvili, 99 ("Karvan-Yevlax")
Hakimlər: Emin Əliyev, Gülnurə Əkbərzadə, Səbuhi Əmrahov, Nazim Abdullayev
Şamaxı şəhər stadionu

14:00. “Qaradağ Lökbatan” – “İmişli” - 2:3
Qollar: S.Allahquliyev, 28-pen. 69 – E.Rəhimzadə, 65, L.Silvestr, 81-pen.90+5
Hakimlər: Kamranbəy Rəhimov, Teymur Teymurov, Vüqar Bayramov, Mahmud Bağırzadə
Quba OİK stadionu

14:00. “Cəbrayıl” – “Şəfa” - 0:3
Qollar: A.Ebrahimzade, 25, 44, A.Yunanov, 84
Hakimlər: Əkbər Əhmədov, Zöhrab Abbasov, Samir Qaracayev, Nəriman Ağayev
Şamaxı OİK stadionu

14:00. “Kəpəz” – “Ağstafa Gəncləri” - 6:1
Qollar: Ş.Aşurov, 17, R.Hüseynli, 35, S.Şəfiyev, 42, Elcan Əbilov, 45, Şahnur İsmayılov, 63 (pen.), Donqo, 86 – E.Hüseynov, 69
Hakimlər: Rövşən Rəcəbov, Cəmil Quliyev, Sənan Atayev, Nahid Xasıyev
Qəbələ şəhər stadionu


SON XƏBƏRLƏR